Nəhəng Tirannozavr reksinin fosilləri aşkar edilib...

18 May 2026 20:36 (UTC+04:00)

...Paleontoloqlar ABŞ-ın Nyu Meksiko ştatında təxminən 74 milyon il yaşı olan nəhəng Tirannozavr reksinin fosili aşkar ediblər.

SİA xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalında bildirilib.

Tədqiqatçılar 96 santimetr uzunluğunda olan bir tibia sümüyünü araşdıraraq dinozavrın kütləsinin dörd-beş ton olduğunu təxmin ediblər ki, bu da onu regiondakı ən böyük yırtıcılardan birinə çevirib.

Sümüyün anatomiyası həmçinin Tirannozavr reks kimi sonrakı tirannozavrlarla oxşarlıqları göstərir.

Mütəxəssislər tapıntının mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələri, o cümlədən onun artıq məlum olan Bistahieversor sealeyi növünə və ya əvvəllər məlum olmayan bir nəslə mənsub olması ilə bağlı nəzəriyyələri nəzərdən keçiriblər.

...Jurnal yazır ki, bu kəşf nəhəng tirannozavrların daha əvvəl ortaya çıxması və Laramidianın şimal və cənub populyasiyaları arasındakı fərqlər fərziyyəsini dəstəkləyir. Keçən il alimlər Labrador retriever ölçüsündə yeni bir dinozavr növü kəşf ediblər.

Mütəxəssislər ona "sirli qaçışçı" kimi tərcümə olunan Enigmacursor adını veriblər.

Bu, 2014-cü ildən bəri London Təbiət Tarixi Muzeyində nümayiş etdiriləcək ilk dinozavr olacaq.

Daha əvvəl alimlər 86 milyon il əvvəl Yer kürəsində yaşamış başqa bir yeni Tirannosaurus növü olan Khankhuuluu mongoliensis kəşf etmişdilər.

Dinozavrun qalıqları əvvəlcə 1970-ci illərdə Monqol Qobi səhrasında aşkar edilmişdir.

Nazlı Almuradova