Hollandiyalı futbolçu "Qalatasaray"dan getdi

19 May 2026 01:20 (UTC+04:00)

“Qalatasaray”ın “Napoli”dən icarəyə götürdüyü Noa Lang İstanbul klubundan ayrılıb. SİA-nın məlumatına görə, bu barəfə niderlandlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib. O, mesaj paylaşaraq “Qalatasaray” azarkeşləri ilə vidalaşıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu yarım mövsüm ərzində “Qalatasaray” forması ilə 19 oyuna çıxıb. O, bu matçlarda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mətləb