“Forumun təşkili indiyə qədər çox yüksək səviyyədədir və olduqca uğurlu keçir. Giriş prosedurlarından tutmuş sessiyaların təşkilinə, nəqliyyatdan iştirakçılar üçün yaradılan şəraitə qədər hər şey peşəkar şəkildə planlaşdırılıb”.
SİA xəbər verir ki, bu sözləri Kolumbiyalı iştirakçı Beni Madhav Maroju bildirib.
O qeyd edib ki, forum şəhərsalma sahəsində qlobal trendləri yaxından izləmək üçün geniş imkan yaradır: “Burada müxtəlif ölkələrdən mütəxəssislərlə fikir mübadiləsi aparmaq çox dəyərlidir”.
Beni Madhav Maroju vurğulayıb ki, tədbirin atmosferi açıq və əməkdaşlığa yönəlib: “Fərqli regionların problemlərini və həll yollarını öyrənmək həm bilik, həm də yeni əlaqələr qazandırır”.
O əlavə edib ki, növbəti günlərdə daha çox nümayəndənin iştirakı ilə forumun daha da fəallaşacağını gözləyir: “Həftənin ortasında daha böyük fəallıq olacaq, çünki əsas panellər həmin günlərə planlaşdırılıb”.
İştirakçı bildirib ki, ümumilikdə təşkilatçılıq gözləntilərini üstələyib: “Bakı kimi bir şəhərdə belə beynəlxalq forumun keçirilməsi həm maraqlı, həm də ilhamvericidir”.