Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib

18 May 2026 15:51 (UTC+04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirilib.

SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Tədbir çərçivəsində Ə.Əsədov Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Çivenqa, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Slovakiya Respublikası Baş nazirinin müavini Tomaş Taraba ilə ikitərəfli görüşlər keçirib.