"Biləsuvar" komandası AFFA Region Liqasında üçüncü olub

18 May 2026 14:39 (UTC+04:00)

AFFA Region Liqasında üçüncü yerin sahibi müəyyənləşib.

SİA xəbər verir ki, "Biləsuvar" komandası turnirin bürünc mükafatçısı olub.

Bölgə təmsilçisi Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşmada "Şəfəq"i 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu gün finalda "Zəngəzur" və "Marafon" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Eyni arenada baş tutacaq görüş saat 16:00-da başlayacaq.