“Burada olmaq mənim üçün həqiqətən çox xoşdur. Dünyanın müxtəlif ölkələrindən insanların Bakıda bir araya gələrək mənzil məsələlərini, şəhərsalmanı və gələcəyin yaşayış məskənlərini müzakirə etməsi çox gözəl haldır”.
SİA xəbər verir ki, bu sözləri xarici aparıcı Brian George Otieno Bakıda keçirilən forum çərçivəsində açıqlamasında deyib.
O bildirib ki, bu cür qlobal platformaların təşkili xüsusi əhəmiyyət daşıyır və ölkələr arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.
Brian George Otieno xüsusilə forum çərçivəsində veriləcək tövsiyələr, əməkdaşlıq imkanları, maliyyələşdirmə mexanizmləri və tərəfdaşlıqlarla maraqlandığını vurğulayıb.
O qeyd edib ki, diqqətində olan əsas istiqamətlərdən biri də Qlobal Cənub ölkələridir: “Xüsusilə Keniya və ümumilikdə Afrika ölkələri üçün yaradılacaq imkanlar bizim üçün çox önəmlidir”.
Forumun hələ ikinci günündə olduqlarını deyən iştirakçı qarşıdakı müzakirələrin daha faydalı və məhsuldar olacağına inandığını bildirib.