Gender bərabərliyi ilə bağlı 2025-ci il üzrə hesabat Milli Məclisə daxil olub

18 May 2026 11:13 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı Milli Məclisə daxil olub.

SİA xəbər verir kli, hesabat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sabahkı iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunun 20-ci maddəsinə uyğun olaraq, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyəti haqqında Milli Məclisə illik məlumat təqdim edir.