Hörmüzdə 80-dən çox ticarət gəmisi saxlanılıb

18 May 2026 00:18 (UTC+04:00)

ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarının blokadası başlayandan bəri Hörmüz boğazında 81 ticarət gəmisini saxlayıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Bu günə qədər blokada rejimini təmin etmək məqsədilə 81 kommersiya gəmisinin istiqaməti dəyişdirilib, 4-ü isə sıradan çıxarılıb", - məlumatda bildirilir. CENTCOM-un məlumatına görə, hazırda İranın dəniz blokadasını Ərəbistan dənizində növbətçilik çəkən 20-dən çox ABŞ hərbi gəmisi təmin edir.

Mətləb