...Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya Qərbdəki "qızğın başları" soyutmaq üçün strateji silah imkanlarını nümayiş etdirməyə davam edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, onun bu sözləri “Sarmat” raket sisteminin son sınaqları ilə bağlı şərh kontekstində səslənib.
O, həmçinin bildirib ki, "Rusiyanın gücünü sınamaq" üçün edilən hər hansı bir cəhd, onun fikrincə, nəticələrə səbəb olacaq və mövcud müdafiə sistemləri bunun qarşısını ala bilməyəcək.
Daha əvvəl Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakayev “Sarmat”ın uğurlu sınaq buraxılışı barədə məlumat vermişdi, bundan sonra Prezident Vladimir Putin sistemi döyüş hazırlığı vəziyyətinə gətirmək planlarını açıqlamışdı.
Rusiya rəsmiləri və dövlət mediası sınaqlar barədə fəal şəkildə şərhlər verərək, raketi dünyanın ən güclü raketlərindən biri adlandırıblar.
Lakin Qərb liderləri və müdafiə rəsmiləri sınaqlar barədə məlumatlara açıq şəkildə reaksiya verməyiblər.
Əli Babayev