Roskosmos “kosmik çiçəyin” mavi parıltısının sirrini açdı...

17 May 2026 19:43 (UTC+04:00)

...Daha çox süsən dumanlığı kimi tanınan əks etdirici dumanlıq NGC 7023-ün parıltısı, mərkəzindəki gənc, isti ulduzdan gələn işığın səpələnməsi ilə izah olunur.

SİA xəbər verir ki, bu barədə Roskosmos bildirib.

...Cefey bürcünün dərinliklərində ən zərif kosmik “heykəllərdən” biri - daha çox süsən dumanlığı kimi tanınan əks etdirici dumanlıq NGC 7023 yerləşir.

Öz-özünə (ulduzlararası toz və qaz buludu – A.B.) mərkəzindəki gənc, isti ulduz - HD 200775 olmasaydı, demək olar ki, görünməz olardı.

Dumanı bu qədər xüsusi edən məhz bu işıqdır. Toz öz işığını yaymır, əksinə ulduz radiasiyasını səpələyir - Yer atmosferi günəş işığını səpələyərək mavi səma yaratdığı kimi. Nəticədə, bütün dumanlıq sərin mavi çalarlara boyanır, - deyə açıqlamada bildirilir.

...Süsən dumanlığı, Yer kürəsindən təxminən 1300 işıq ili məsafədə, Cefey bürcündə yerləşir. Onun diametri təxminən altı işıq ilidir.

Əli Babayev