Britni Spirs sərxoş halda spirtli içki mağazasında görüntülənib...

17 May 2026 21:25 (UTC+04:00)

...SİA xəbər verir ki, Daily Mail qəzetinin məlumatına görə, amerikalı müğənni Britni Spirs sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalandırıldıqdan sonra içki mağazasında görüntülənib.

Britni Spirs sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalandırıldıqdan sonra içki mağazasında görülüb.

Media tərəfindən Britni Spirs-ə bənzəyən bir qadının içki mağazasına girdiyini göstərən CCTV görüntüləri əldə edilib. Onu ulduzun mühafizəçisi olan iki nəfər müşayiət edirmiş. Müğənni rahat görünürdü və bir anda kassanın yaxınlığında rəqs etməyə başlayıb.

İddialara görə, qrupdan biri soyuducudan böyük bir banka çay götürüb və Spirs alış-verişə bir saqqız əlavə edib.

Daha sonra qrup kafeyə gedib.

Müştərilər müğənninin ucadan danışmağa, hürməyə və bıçaqla restoranda gəzməyə başladığını iddia ediblər.

Hətta bir şahid də iddia edib ki, restoranın digər müştərisi Spirs-in hələ də əlində xidmət bıçağı tutaraq masaların yanından keçdiyini görəndə təəccüblənib.

Britninin nümayəndəsi insanları şayiələri yaymamağa çağırıb.

...O, sadəcə qonşularına hürüşən itinin hekayəsini danışırdı. O, heç kimi bıçaqla hədələmədi, sadəcə hamburgerini iki yerə böldü, - deyə o bildirib.

Bundan əvvəl müğənni 20 gün reabilitasiya mərkəzində keçirib. Sərxoş vəziyyətdə avtomobil idarə etdikdən sonra alkoqol asılılığı və bipolyar pozğunluq müalicəsinin bir hissəsi olaraq ayda iki dəfə psixiatrik müayinələrdən və həftədə bir dəfə psixoterapiya seanslarından keçməli olub.

Nazlı Almuradova