...Onilliklər ərzində Bermud üçbucağı planetin ən sirli bölgələrindən biri olaraq qalaraq yüzlərlə sui-qəsd nəzəriyyəsinə təkan vermişdir.
Bu yaxınlarda alimlər bölgənin ən böyük sirlərindən birini izah edə biləcək yeni bir nəzəriyyə təqdim etdilər. Söhbət itkin düşmüş təyyarələr və ya gəmilərdən deyil, geoloqların fikrincə, okean səthinin üzərində bu qədər uzun müddət qalmamalı olan Bermud adalarının özlərindən gedir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Lad Bible məlumat verir.
Niyə Bermud batmayıb..?
Vulkanik adalar adətən Yer qabığının dərinliyindəki istilik və aktivlik sayəsində yaşayır. Lakin Bermudda vulkanik aktivlik təxminən 30 milyon il əvvəl dayandırılmışdır. Klassik geoloji modellərə görə, ada bu müddət ərzində tədricən dalğaların altına batmalı idi.
Buna baxmayaraq, Bermud adaları okeanın üzərində yüksəlməyə davam edir və 60.000-dən çox insanın yaşadığı yer olaraq qalır.
Tədqiqatçılar Uilliam Freyzer və Ceffrei Park 20 ildən çoxdur ki, bölgədəki zəlzələləri araşdırırlar və təəccüblü bir nəticəyə gəliblər.
Geophysical Research Letters jurnalında dərc olunmuş araşdırmalarına görə, Bermud adalarının altında nəhəng yüngül vulkanik süxur təbəqəsi yerləşir.
Adanın altında nəhəng bir “yastıq”...
Uilyam Freyzer qeyd edib ki, Bermud adaları uzun müddətdir geoloqlar üçün anomaliya hesab olunur, çünki oradakı bir çox proseslər Yer mantiyasındakı maqma hərəkətinin ənənəvi modelinə uyğun gəlmir.
Bermuda üçbucağında itkin düşmələr...
Sensasiyalı başlıqlara və mistik nəzəriyyələrin populyarlığına baxmayaraq, alimlər bölgədə baş verənlər üçün rasional izahlar axtarmağa davam edirlər.
Ən çox müzakirə olunan nəzəriyyələrdən biri əvvəllər Sauthempton Universitetinin okeanoqrafı Saymon Boksoll tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, Bermud üçbucağı bölgəsində nəhəng fırtına dalğaları yarana bilər. Səbəbin Atlantik və Florida sahilləri arasında müxtəlif istiqamətlərdən gələn güclü fırtınaların toqquşması olduğuna inanılır.
Belə dalğalar kiçik gəmiləri tez bir zamanda məhv edə və naviqasiya üçün son dərəcə təhlükəli şərait yarada bilər. Lakin onun nəzəriyyəsi təyyarələrin sirli şəkildə yoxa çıxmasını izah etmir.
Əli Babayev