Düşən yağıntının miqdarı aylıq normanın 203-279 %-ni təşkil edir

17 May 2026 09:40 (UTC+04:00)

Mayın 17-si saat 09:30-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.