Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı mükafat yaradılıb.
SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ildən etibarən təsis edilən mükafatın adı "Baku Urban Award"dır:
"Bundan sonra hər Dünya Şəhərsalma Forumunda Bakı adı ilə bağlı bu mükafatın təqdimetmə mərasimi olacaq".