Bu gün XXXII tura yekun vurulacaq, son çempion "Sabah" mükafatlandırılacaq

17 May 2026 09:16 (UTC+04:00)

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.

SİA xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçiriləcək.

"Zirə" Zirə İdman Kompleksinin stadionunda "Sumqayıt"ı, "Sabah" isə "Bank Respublika Arena"da "Neftçi"ni qəbul edəcək.

Hər iki matç saat 18:00-da başlayacaq. "Sabah" - "Neftçi" görüşü başa çatdıqdan sonra son ölkə çempionu olan Masazır kollektivinin futbolçuları mükafatlandırılacaq, komandaya kubok təqdim olunacaq.

Turnir cədvəlinə 75 xalla "Sabah" başçılıq edir. 53 xalı olan "Neftçi" dördüncü, 50 xala malik "Zirə" isə beşincidir. Yeddinci pillədə qərarlaşan "Sumqayıt"ın isə 41 xalı var.

Xatırladaq ki, turun əvvəlki keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.