Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha 2 oyunu keçirilib. SİA xəbər verir ki, "Qarabağ" doğma meydanda "İmişli"yə 3:0, "Şamaxı" isə "Turan Tovuz"a 3:2 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra Ağdam klubu 66 xalla 2-ci, Tovuz təmsilçisi 59 xalla 3-cü, Şamaxının eyniadlı komandası 38 xalla 8-ci, İmişli kollektivi isə 33 xalla 9-cu pillədə qərarlaşıb.
Bununla da növbəti mövsümdə "Qarabağ"ın UEFA Avropa Liqasında, "Turan Tovuz"un isə Konfrans Liqasında çıxış edəcəyi dəqiqləşib.
Mətləb