Xameneinin müşaviri iki ərəb ölkəsini HƏDƏLƏDİ

16 May 2026 22:03 (UTC+04:00)

BƏƏ və Küveyt ərazilərinin və infrastrukturlarının İranın düşmənləri, eləcə də Fələstin əleyhinə qüvvələr tərəfindən istifadə edilməsinə şərait yaradıblar.

SİA xəbər verir ki, bu sözləri İranın ali rəhbərinin müşaviri Məhəmməd Müxbir X sosial şəbəkə hesabında paylaşıb. O bidirib ki, Tehran uzun illər bu ölkələri dost və qardaş hesab edib:

“İslam Respublikasının son müharibə zamanı CENTCOM-a aid icarəyə götürülmüş postlara cavabı tammiqyaslı olmayıb. İranın təmkinli olması əbədi davam etməyəcək”.

Mətləb