Paytaxtımız Bakı şəhəri günü-gündən inkişaf edir, müasirləşir, gözəlləşir.
SİA xəbər verir ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yeni parklar, istirahət zonaları salınır, yaşıllıq sahələrinin ərazisi artırılir, bir sözlə paytaxtımız yaşıl məkana çevrilir. Görülən işlər paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.
Yaradılan parklar, istirahət məkanları, yeni piyada zolaqları və digər tədbirlər insanların estetik tərbiyəsində mühüm rol oynayaraq paytaxtımızın turizm imkanlarını daha da genişləndirir.
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ərəfəsində park, istirahər bağları, prospekt və yolların kənarlarında yeni ağaclar, həmişəyaşıl kollar və müxtəlif rəngli güllər əkilir, mövcud yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilir, güllüklərdə güllər daima yenilənir, çəmənliklər təmir edilir, bir sıra yaşayış binalarının eyvanlarına gül dibçəkləri yerləşdirilir.
Görülən bu işlər mühüm beynəlxalq tədbir ərəfəsində şəhərimizi daha da gözəlləşdirir, bu da öz növbəsində sakinlərimizin və şəhərimizin çoxsaylı qonaqlarının zövqünü öxşayır.
Müxbirimizin şəhərin müxtəlif ərazilərində çəkdiyi fotoları təqdim edirik: