İndiyədək ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran limanlarının dəniz blokadası çərçivəsində 75 ticarət gəmisini yönləndirib və 4 gəmini sıradan çıxarıb.
SİA-nın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
Eyni zamanda, qeyd edilib ki, "MH-60R Sea Hawk" helikopteri Ərəb dənizi üzərində səmada nəzarəti həyata keçirir.
"ABŞ qüvvələri İrana qarşı dəniz blokadasına riayət olunmasını təmin etdiyi bir vaxtda "MH-60R Sea Hawk" helikopteri Ərəb dənizində "USS Rafael Peralta (DDG-115)" aviadaşıyıcının/esminesinin göyərtəsindən havaya qalxıb", - məlumatda qeyd olunub.
Mətləb