14 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin 70 yaşlı professoru Hikmət Əlizadə iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardıma müraciət edib. Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım avtomobilində pasiyentin döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub.
Mərkəzi Gömrük Hospitalına çatdırılarkən xəstənin ürəyi dayanıb. Dərhal təxirəsalınmaz tibbi tədbirlərə başlanılıb və 20-30 dəqiqə ərzində ürək masajı aparılıb. Hikmət Əlizadə həmin müddətdə kliniki ölüm keçiribmiş.
Pasiyent dərhal angioqrafiya otağına aparılıb. Müayinə zamanı ürək damarlarında tıxanma aşkar edilib. Mərkəzi Gömrük Hospitalının invaziv kardiologiya şöbəsinin rəisi, invaziv-kardioloq İlqar Tahiroğlunun həyata keçirdiyi təcili əməliyyat uğurla başa çatıb. Nəticədə ürək damarlarının keçiriciliyi bərpa olunub.
Hazırda Hikmət Əlizadənin vəziyyəti stabildir. Onun bu gün evə buraxılması nəzərdə tutulur.
Qeyd edək ki, Hikmət Əlizadə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədridir.