Son üç ildə Azərbaycanda istehsalata gedən filmlərin sayı açıqlanıb

15 May 2026 17:09 (UTC+04:00)

“Cəmiyyət bu gün Azərbaycan kinosunu, Azərbaycan filmini ekranlarda, kinoteatrlarda rahatlıqla görə bilir. Son üç il ərzində 71 film istehsalata gedib. Bu da öz növbəsində dövr ərzində təxminən 2 minə yaxın daimi və müvəqqəti iş yerinin açılmasına səbəb olub. Bu, bizim üçün vacib və qürurverici bir göstəricidir”. Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib.

Nazir qeyd edib ki, qeyd edilən filmlərin arasında 20 tammetrajlı bədii film mövcuddur. A.Kərimli daha sonra deyib: “Həmin filmlərin bir çoxunun istehsalı başa çatıb, artıq Azərbaycan filmləri kinoteatrlara verilir və kinoteatrlarda o filmlərə baxmaq üçün tamaşaçılarımız növbəyə düzülür.

Animasiya filmləri ilə bağlı da uğurlar var. Altı animasiya filmi istehsalata verilib, onlardan bir neçəsi üzrə iş yekunlaşıb”.