Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” doqquzuncu Beynəlxalq Musiqi Festivalı keçirilir.
SİA xəbər verir ki, təbdirin ilk günündə Xalq artisti Tünzalə Ağayeva möhtəşəm çıxışı ilə yaddaqalıb. Pop ulduz “Cəngi Koroğlu” adlı aşıq əsərini səsləndirib.
Milli ruhda olan təqdimatda sənətçinin geyimi də diqqətçəkib. Zümrüd Mirzəliyeva imzası daşıyan obraz milli ornamentlərlə bəzədilib.
Qeyd edək ki, festival bu gün də davam edəcək.