"Milan" və "Beşiktaş" bu futbolçuya "elçi düşüb"...

15 May 2026 02:21 (UTC+04:00)

Liverpul”un müdafiəçisi Co Qomesə "elçi düşən" klubların sayı getdikcə artır. İngilis mediası iddia edir ki, futbolçu yayda komandadan ayrıla bilər.

“Daily Mail” nəşrinin məlumatına görə, 28 yaşlı futbolçu ilə “Milan” və “Beşiktaş” klubları maraqlanır.

Qeyd edək ki, 2015-ci ildən mersisayd klubunda çıxış edən Qomesin “Enfild”dəki gələcəyi qeyri-müəyyən olaraq qalır.

Mətləb