“Mançester Siti”nin məşqçilər heyətində mövsümün sonunda ciddi dəyişikliklər gözlənilir. “The Athletic” nəşrinin yazdığına görə, komandanın fiziki hazırlıq üzrə məşqçisi Lorenso Buenaventura mövsüm başa çatdıqdan sonra klubdan ayrılacaq. O, artıq 15 ildir baş məşqçi Xosep Qvardiola ilə birlikdə çalışır.
İtaliyalı mütəxəssis 2009-cu ildə “Barselona”da Qvardiolanın məşqçilər korpusuna qoşulub, daha sonra onunla birlikdə “Bavariya” və “Mançester Siti”də fəaliyyət göstərib. Bildirilir ki, Buenaventuranın cavabdeh olduğu fiziki hazırlıq Qvardiolanın oyun fəlsəfəsinin əsas elementlərindən biri sayılır.
Mətləb