Ukraynaya 6 milyard avroluq MÜJDƏ

14 May 2026 23:16 (UTC+04:00)

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkə hesabında Ukrayna barədə paylaşım edib. O qeyd edib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya dəstəyi davam etdirir və 6 milyard avroluq dron dəstəyi paketinin formalaşdırılmasını başa çatdırır.

SİTAT: "Biz 6 milyard avroluq dron dəstəyi paketinin formalaşdırılmasını başa çatdırırıq və getdikcə daha sərt sanksiyalar vasitəsilə Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi qoruyub saxlayırıq", – o qeyd edib.

Mətləb