“Gənclərin ailə dəyərləri ilə bağlı fəal çıxışları çox önəmlidir” - FARİZ İSMAYILZADƏ

14 May 2026 12:35 (UTC+04:00)

Bu cür layihələrin həyata keçirilməsi olduqca təqdirəlayiqdir. Xüsusilə gənclərin, tələbələrin bu prosesdə fəal iştirak etməsi və ailə dəyərləri ilə bağlı çıxışlar etməsi çox önəmlidir. Mən bu təşəbbüsü və burada tətbiq olunan yeni yanaşmanı yüksək qiymətləndirirəm. Sizin fəaliyyətinizi böyük rəğbətlə izləyirəm və bu gün tələbələrin çıxışları məndə çox müsbət təəssürat yaratdı.
SİA xəbər verir ki , bu sözləri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ​Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərləri” mövzusunda keçrilən açıq dərsdə bildirib.

Onun sözlərinə görə, qeyd etmək istəyirəm ki, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin təqdimat bacarıqları, araşdırma qabiliyyətləri və nitq mədəniyyətləri kifayət qədər yüksək səviyyədədir. Onların mövzulara yanaşması, araşdırmaları və fikirlərini auditoriyaya çatdırmaq bacarığı xüsusi diqqət çəkir. Bu da universitetdə aparılan tədrisin keyfiyyətindən və formalaşdırılan mühitdən xəbər verir.

Eyni zamanda institutun və onun yetişdirdiyi kadrların milli-mənəvi dəyərlərimizin qorunmasına, dövlətimizin həyata keçirdiyi siyasətə və xüsusilə ailə dəyərlərinin təbliğinə mühüm töhfə verdiyini qeyd etmək lazımdır. Mən bütün tələbələrə təşəkkür edir, onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Sonda isə ailə dəyərləri ilə bağlı bir fikri xüsusi vurğulamaq istərdim: insan harada çalışmasından və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər zaman mənəvi dəyərlərini, məsuliyyət hissini və ailəyə bağlılığını yüksək tutmalıdır. Sizlərə həm təhsil həyatınızda, həm də gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.