Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, yüksəkixtisaslı həkim-patomorfoloq, uzman həkim Zərifə Yusifli Çinin Hong Kong şəhərində Asiya Sitologiya Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu I Asiya Sitolopatologiya Konfransında məruzəçi qismində iştirak edib.
Tədbir çərçivəsində Zərifə həkim “Baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu” mövzusunda elmi məruzə ilə çıxış edərək baş-beyin törəmələrinin erkən və dəqiq diaqnostikasında sitoloji müayinələrin əhəmiyyəti, hüceyrə nümunələrinin qiymətləndirilməsində istifadə olunan müasir metodlar, eləcə də yeni molekulyar yanaşmaların diaqnostik dəqiqliyin artırılmasında rolu barədə məlumat verib.
Konfrans çərçivəsində müasir diaqnostika metodları, yeni klassifikasiyalar, eləcə də sitoloji materialların innovativ molekulyar üsullarla müayinəsi ilə bağlı ən son elmi yanaşmalar təqdim olunub.