"Vətəndaşlarımızı dərhal azad edin!" - İranlı nazirdən TƏLƏB

13 May 2026 22:29 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Arakçı X hesabında Küveyti hədəf alan paylaşım edib. İranlı nazir yazır ki, Küveyt nifaq salmaq üçün açıq-aşkar cəhdlə İran gəmisinə qanunsuz hücum edib və Fars körfəzində 4 vətəndaşımızı saxlayıb.

SİTAT: “Bu qanunsuz hərəkət ABŞ-ın İrana hücum etmək üçün istifadə etdiyi adanın yaxınlığında baş verib. Vətəndaşlarımızın dərhal azad edilməsini tələb edirik və cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”, - deyə Arakçı əlavə edib.

Mətləb