“Kurtlar vadisi”nin “Çakır”ı zəhərlənib...

13 May 2026 23:28 (UTC+04:00)

Türkiyəli məşhur aktyor, “Kurtlar vadisi” serialındakı “Çakır” obrazı ilə məşhurlaşan Oktay Kaynarca qida zəhərlənməsi səbəbilə xəstəxanaya yerləşdirilib. Səhər saatlarında səhhətində narahatlıq hiss edən aktyor həkim müayinəsi üçün xəstəxanaya gedib və müalicəyə başlayıb.

İlkin müayinələr zamanı qida zəhərlənməsi şübhəsi üzə çıxıb və ona müvafiq tibbi yardım göstərilib. Məlumata görə, müalicə prosesi uğurla davam edir və aktyorun sağlamlıq vəziyyətində yaxşılaşma müşahidə olunur.

Mətləb