"Azəristiliktəchizat" ASC və Özbəkistanın "O"zbekenergota"mir" ASC arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət imkanlarının qiymətləndirilməsi istiqamətində müzakirələr aparılıb.
SİA xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.
Bildirilib ki, müzakirələr Azərbaycanda işgüzar səfərdə olan "O"zbekenergota"mir"in nümayəndələri ilə görüşdə aparılıb.
"O"zbekenergota"mir" energetika sahəsində 50 ildən artıq iş təcrübəsinə malikdir və enerji avadanlıqlarının təmiri ilə məşğul olan müəssisələr arasında aparıcı şirkətlərdən biri hesab olunur. Müəssisə 1966-cı ildə Orta Asiya respublikaları, Qazaxıstan və Azərbaycanın elektrik stansiyalarının enerji avadanlıqlarının təmiri məqsədilə yaradılıb.