Bu gün futbol üzrə Azərbaycan Kubokunun final matçı baş tutacaq.
SİA-nın məlumatına görə, Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" komandası "Zirə" ilə münasibətləri aydınlaşdıracaq.
FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 20:00-da, "Palms Sports Arena"da start götürəcək.
Azərbaycan Kuboku
Final
13 may
20:00. "Sabah" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə.
VAR: Tural Qurbanov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
"Palms Sports Arena