Binə qəsəbəsində qaz olmayacaq

13 May 2026 09:19 (UTC+04:00)

Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindəb məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Əli İsazadə və Məscid küçələrinin, həmçinin Binə Sovxoz adlanan ərazinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.