Mərkəzi Gömrük Hospitalında sipozium keçiriləcək

13 May 2026 09:17 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalında “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək
15 may 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Toksikoloqlarının Dərnəyinin və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktiki simpozium keçiriləcək.
Simpoziumun əsas məqsədi təcili allerqoloji hallar, anafilaktoid reaksiyalar, toksiko-allergik vəziyyətlərin diaqnostikası və müasir müalicə prinsipləri ilə bağlı həkimlərin bilik və praktiki bacarıqlarının artırılması, həmçinin bu sahədə elmi və klinik təcrübə mübadiləsinin təşviq edilməsidir.
Tədbir çərçivəsində Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Xəyal Məmmədov “Kontrast maddələrin verilməsi zamanı anafilaktoid reaksiyalar” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə kontrast maddələrin tətbiqi zamanı yarana biləcək ağır allergik reaksiyalar, risk faktorları, erkən diaqnostika üsulları və təcili tibbi müdaxilə prinsipləri barədə ətraflı məlumat veriləcək.
Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Elmi Simpoziumda “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” və “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” başlıqlı 2 paneldə ümumilikdə 9 məruzə dinləniləcək. Simpozium panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

Simpozium proqrama uyğun olaraq xüsusilə allerqoloqlar, toksikoloqlar, anestezioloq-reanimatoloqlar, terapevtlər, pediatrlar və təcili tibbi yardım həkimləri üçün nəzərdə tutulmuşdur.

Simpoziumun Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilmişdir.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Simpoziumda iştirak ödənişsizdir. Yalnız region tibb işçiləri simpoziuma onlayn şəkildə qoşula bilərlər.

Hərkəs simpoziumda iştirak üçün dəvətlidir!

Qeydiyyat linki: https://forms.gle/8NdBeH7eTSmrMa2Y9