"Real"da növbədənkənar seçkilər olacaq - AÇIQLAMA

13 May 2026 01:20 (UTC+04:00)

İspaniyanın "Real" klubunda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə Kral klubunun rəhbəri Florentino Peres keçirdiyi mətbuat konfransında bəyan edib.

SİTAT: "Bağışlayın, amma istefa verməyə hazırlaşmıram. Yeni seçkilərin keçirilməsini elan edirəm, çünki "Real Madrid" klub üzvlərinə məxsusdur və qərarı onlar verməlidir. Qoy başqaları da namizədliyini irəli sürüb proqramlarını təqdim etsinlər. Məni tənqid edən hər kəs bu seçkilərdə iştirak edə bilər", - deyə o bildirib.

Mətləb