Bu ölkədəki səfirliyimizin konsulluq bölməsi 5 gün işləməyəcək

12 May 2026 23:18 (UTC+04:00)

Azərbaycanın Kanadadakı səfirliyi vətəndaşlara müraciət edib. Bu müraciət Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında yayılıb.

"28 May - Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar olaraq, 27.05.2026-31.05.2026-cı il tarixlərində Azərbaycanın Kanadadakı Səfirliyinin Konsulluq bölməsi fəaliyyət göstərməyəcək", - müraciətdə bildirilib.

Mətləb