ABŞ B-1B Lancer bombardmançı təyyarəsini sınaqdan keçirib...

12 May 2026 19:14 (UTC+04:00)

...ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-1B Lancer strateji bombardmançı təyyarəsi 9 mayda Yaxın Şərq üzərindən uçub. SİA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də bildirib.

Uçuşun təlim missiyası zamanı həyata keçirildiyi qeyd edilib. Bəyanatda bombardmançının harada uçduğu barədə ətraflı məlumat verilməyib.

Həmçinin, 2 mayda ABŞ-ın AGM-183A ARRW (Havadan Atəş Verilən Sürətli Cavab Silahı) hipersəs uzunmənzilli aeroballistik raketi ilə silahlanmış B-1B Lancer bombardmançı təyyarəsinin sınaq uçuşu keçirdiyi bildirilib.

...The War Zone-a görə, B-1B bombardmançı təyyarəsi altı hipersəs raket daşıya bilir.

AGM-183A ARRW raketi isə öz növbəsində 1600 km (1000 mil) məsafəni qət edə bilir və 5 Mach-dan çox sürətə çata bilir.

Əli Babayev