Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsinin icrasına başlayıb. Bunla bağlı İctimai Birliyin “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsinin icrası ilə bağlı hazırlıq yığıncağı keçirilib. Yığıncaqda “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsinin maliyyələşməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür ifadə olunub.
Daha sonra layihənin icrası ilə bağlı iş bölgüsü aparılıb. Qərara alınıb ki, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri İlham Əliyev layihənin icra prosesinə nəzarət etsin, tədbirlərdə çıxış edib, maarifləndirmə işinin təşkilində yaxından iştirak etsin. Həm də layihə rəhbəri keçirilən tədbirlərin, təşkil olunun TV verilişlərin linklərini, fotolarını və digər vasitələri Agentliyə göndərməyi, eləcə də sistemə əlavə etməyi təşkil etsin.
İclasda digər zəruri məsələlər müzakirə olunub və iş bölğüsü aparılıb.
Qeyd edək ki, təşkilat ölkəmizin bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı, Şirvan şəhərlərində, Ağsu və Xaçmaz rayonlarında layihə mövzuları üzrə dəyirmi masalar təşkil etməyi, həmçinin TV-də 6 verilişlərin yayımlanmasını nəzərdə tutur. Layihə çərçivəsində sosial şəbəkələrdə mövzu üzrə müzakirələr qurulacaq və tədbirlərin bir sıra qəzet və saytlarda yayımlanması təmin olunacaq.
Elçin