Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

12 May 2026 16:14 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 16 və 17 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

Bu barədə SİA-ya səhmdar cəmiyyətindən bildirilib.

Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.