Bakıda yerüstü və yeraltı piyada keçidlərindəki eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansına verilir.
Bu barədə SİA-ya BŞİH-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur.
Daha sonra isə onların Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında BŞİH-ə verilməsi planlaşdırılır.