Milli Məclisdə İnsan alverinə qarşı mübarizəyə dair illik məlumat müzakirə olunur

12 May 2026 11:46 (UTC+04:00)

Milli Məclisdə İnsan alverinə qarşı mübarizəyə dair illik məlumat müzakirə olunur

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, hesabatı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.

Müzakirələr zamanı ölkədə insan alverinə qarşı aparılan mübarizə tədbirləri, hüquq-mühafizə orqanlarının fəaliyyəti və görülən profilaktik işlər barədə məlumat verilir.

Qeyd olunub ki, təqdim edilən illik hesabat insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək tədbirlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.