Lökbatanda anbardakı yanğın nəzarətə götürülüb

12 May 2026 10:02 (UTC+04:00)

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.