"Prezident İlham Əliyev tərəfindən Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlinin qoyulması işğaldan azad edilmiş ərazilərin sadəcə bərpa mərhələsini geridə qoyaraq, sürətlə beynəlxalq turizm və biznes mərkəzinə çevrilməsi strategiyasının mühüm halqasıdır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2)_(1).jpg)
Onun sözlərinə görə, analitik nöqteyi-nəzərdən, Zəngilanda müasir mehmanxana infrastrukturunun qurulması şəhərin “ağıllı şəhər” konsepsiyası ilə inteqrasiya olunmuş iqtisadi ekosistemini tamamlayır: "Bu addım Zəngilan Beynəlxalq Hava Limanının mövcudluğu ilə sintez təşkil edərək bölgənin xarici investorlar və turistlər üçün cəlbediciliyini təmin edən logistik və xidmət zəncirini formalaşdırır.
Belə bir infrastrukturun təməlinin qoyulması dövlətin Şərqi Zəngəzuru qlobal tranzit qovşağı ilə yanaşı, həm də yüksək standartlara cavab verən rekreasiya və işgüzar mühit mərkəzinə çevirmək əzminin praktiki təzahürüdür. Bu, regionun iqtisadi drayverlərini şaxələndirməklə yanaşı, yeni yaradılan iş yerləri vasitəsilə Böyük Qayıdışın dayanıqlı sosial-iqtisadi əsaslarını daha da möhkəmləndirir.
Prezidentin bu layihəyə şəxsən start verməsi Azərbaycanın öz daxili resursları və quruculuq dühası ilə dağıdılmış ərazilərdə ən qısa zamanda yeni və müasir bir həyat tərzi yaratmaq qabiliyyətinin növbəti nümayişidir".