İki hərbçimiz Kəlbəcərdə minaya düşdü - TƏCİLİ

11 May 2026 23:12 (UTC+04:00)

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Məhəmməd Əlibaba oğlu Hüseynov və Kamil Cəmil oğlu Qaflanov xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər: "Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır".

Mətləb