Avtomat və tüfənglər aşkarlandı - Polisdən ƏMƏLİYYAT

12 May 2026 01:21 (UTC+04:00)

Həftəsonu polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 4 tüfəng, 1 patron darağı və 36 ədəd patron aşkar edərək götürüblər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir", - məlumatda vurğulanıb.

Mətləb