...“Armenpress” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Vladimir Putinin açıqlamasını şərh edərkən bildirib ki, Ermənistan zərurət yaranana qədər Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmaq məsələsini qaldırmağı planlaşdırmır.
SİA-nın məlumatına görə, 9 mayda keçirilən mətbuat konfransında çıxış edən Putin bildirib ki, Yerevan Aİ-yə, yoxsa AİB-ə qoşulmaq barədə mümkün qədər tez qərar verməlidir.
...Bununla əlaqədar olaraq, biz müvafiq nəticələr çıxaracaq və yumşaq, ağıllı və qarşılıqlı faydalı boşanma yolu tutacağıq, - deyə o bildirib.
Paşinyan cavab olaraq bildirib ki, “...biz bəzən dövlətlərarası münasibətləri nikahla qarışdırırıq.Ermənistan dövlətlərarası münasibətlərində dövlətlərarası məntiqə əsaslanır. Biz Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvüyük və Avrasiya İqtisadi Birliyinə üzvü olduğumuz müddətcə bütün qərar qəbuletmə proseslərində tam iştirak edəcəyik və təkrar edirəm ki, zərurət yaranana qədər bu məsələni gündəmə gətirməyəcəyik, - deyə Paşinyan jurnalistlərə bildirib.
Əli Babayev