Gündə cəmi 15 dəqiqə...

11 May 2026 20:34 (UTC+04:00)

...Təbiətdə 15-30 dəqiqə davam edən gəzintilər insanın zehni vəziyyətinə və idrak qabiliyyətlərinə güclü müsbət təsir göstərir.

SİA xəbər verir ki, bu barədə Mirror bildirib.

Tədqiqatlara görə, 30 dəqiqəlik açıq hava vaxtı müsbət əhval-ruhiyyə səviyyəsini 46 faiz artırır, stress səviyyəsi isə 30 faiz azalır.

Bundan əlavə, hətta qısa 15 dəqiqəlik gəzinti belə diqqəti 243 faiz artıra bilər. Bu, elektroensefaloqrafiya (EEG) məlumatları ilə təsdiqlənir.

Neyroalim Dr. Cek Lüis bu cür fəaliyyətlərin sağlamlıq üçün vacibliyini vurğulayıb.

...Bütün dəlillər göstərir ki, açıq havada gəzmək təkcə bədən üçün deyil, həm də beyin üçün faydalıdır, yaradıcılığın və diqqətin artması, tükənmənin azalması da daxil olmaqla geniş spektrli müsbət təsirlər yaradır. Elmi baxımdan, açıq havada nə qədər çox vaxt keçirsələr, beyin dalğaları üçün bir o qədər yaxşıdır, - deyə ekspert qeyd edib.

Mütəxəssis vurğulayıb ki, təsir dozadan asılıdır: insan təbiətin əhatəsində nə qədər çox vaxt keçirirsə, həyatdan məmnunluq səviyyəsi bir o qədər yüksəkdir.

Tədqiqat həmçinin müəyyən edib ki, gəzinti frontal korteksdə müsbət emosiyalarla əlaqəli beyin siqnallarını orta hesabla 43 faiz artırır.

Bəzi kişi iştirakçılar üçün qeydə alınan bu artım rekord həddə - 99,6 faizə çatıb.

Metodu sınaqdan keçirən Oliviya Mançester təsdiqləyib ki, smartfonlardan imtina edərək yürüyüş etmək ailəsinin özünü daha rahat və birləşmiş hiss etməsinə kömək edib.

Əli Babayev