...Lukaşenko hərbçilərlə görüş keçirib və orada Belarusun silahlı münaqişəyə hazırlığını müzakirə edib.
SİA xəbər verir ki, onun sözlərinə görə, Belarus müasir müharibədə istifadə olunan bütün silah növlərinə etibar etməməlidir.
Lukaşenko vurğulayıb ki, prioritet ordunun həqiqətən istifadə etməkdə usta olduğu sistemlərə verilməlidir. O, həmçinin qeyd edib ki, silah seçərkən ölkənin ərazi xüsusiyyətləri nəzərə alınmalıdır.
Onun sözlərinə görə, "Belarus səhra və ya Ukrayna çölləri deyil".
Müasir münaqişələrdən danışan Lukaşenko qələbənin yalnız hava zərbələri ilə əldə edilməsinin mümkün olmadığı fikrini bildirib.
Nümunə olaraq, o, bir tərəfdən İran, digər tərəfdən isə İsrail və ABŞ arasındakı qarşıdurmanı göstərib.
O, kütləvi bombardman və raket zərbələrinə baxmayaraq, qəti nəticə əldə olunmadığını bildirib.
Lukaşenko vurğulayıb ki, yerüstü əməliyyat olmadan qələbə mümkün deyil.
Amma, Lukaşenko kiminlə vuruşmaq niyyətində olduğunu deməyib.
Əli Babayev