Ferrari yeni superkarla F40 əfsanəsini canlandırdı…

11 May 2026 21:58 (UTC+04:00)

...Ferrari avtomobilləri kult obyektlərinə çevirmək qabiliyyətini bir daha sübut etdi. Eksklüziv Ferrari SC40 superkarı ilin ən yaxşı dizayn edilmiş modeli seçildi. SC40, xüsusi müştərilər üçün birdəfəlik avtomobillər yaradan Ferrari-nin Xüsusi Layihələr bölməsinin unikal layihəsidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Autoblog yazır.

…Dizayn Ferrari-nin baş dizayneri Flavio Manzoninin rəhbərliyi altında Ferrari-nin daxili studiyası tərəfindən hazırlanmışdır.

Yeni superkar əfsanəvi Ferrari F40-dan ilhamlanıb, lakin onu birbaşa kopyalamır. Şirkət modelin stilini "əzələli, kvadrat formalar" və sənaye həndəsəsinin birləşməsi kimi təsvir edir. Avtomobil uzun, alçaq burun, qısa arxa çıxıntı və nəhəng sabit qanad - klassik Ferrari-lərin tanınan xüsusiyyətlərinə malikdir.

SC40 eksklüziv Bianco SC40 rənginə boyanıb və interyer karbon lif, Kevlar və Alkantara ilə bəzədilib.

Texniki cəhətdən model Ferrari 296 GTB-yə əsaslanır və 819 at gücü istehsal edən hibrid güc aqreqatı ilə təchiz olunub. Ferrari üçün bu qələbə onun dizayn liderliyinin daha bir təsdiqi oldu. Son 12 ildə şirkət artıq 35 mükafat qazanıb.

Nazlı Almuradova