...Dior moda evi qarşıdan gələn kruiz kolleksiyası şousunun ilk tizerini təqdim edib.
SİA-nın əldə etdiyi məlumata görə, tədir 13 may tarixində Los-Anceles şəhər incəsənət muzeyində keçiriləcək.
Atmosferli video ukraynalı fotoqraflar və rejissorlar Tanya və Jenya Posternak bacıları tərəfindən hazırlanıb.
Ağ-qara video, Kristian Diorun əsas ilham pərəstişkarlarından biri olan Qreys Kellinin rol aldığı Alfred Hiçkokun ikonik filmlərinin estetikasına istinad edir.
Tizer, qarşıdan gələn şounun sirli əhval-ruhiyyəsini daha da artıran bir sıra klassik Hollivud üslublu kadrlarla tamamlanır.
Bir neçə il əvvəl Tanya və Jenya Posternak Kiyevdən Nyu-Yorka köçüblər.
O vaxtdan bəri ukraynalılar The New York Times, American Vogue və The New Yorker, Britaniya qalereyası Sadie Coles, eləcə də Helmut Lang, Jacquemus, Hermès və Mansur Gavriel kimi brendlərlə əməkdaşlıq ediblər.
Hətta sonuncu bacıların şərəfinə Posternak adlandırdığı bir çanta da buraxıb.
Nazlı Almuradova