Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 3,488 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 % azdır.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 1,134 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,5 % çoxdur.
4 ayda Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 21,8 % artaraq 2 243 milyon ABŞ dollarına, apreldə isə 43 % artaraq 678 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Çin 672 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 54,6 % çox), ABŞ 176,311 milyon ABŞ dolları (3 % çox) və İspaniya 113,420 milyon ABŞ dolları (14,8 % çox) dəyərində həyata keçirib.